Suriyada 637 terrorçu zərərsizləşdirilib

 Suriyada 637 terrorçu zərərsizləşdirilib
  16 Oktyabr 2019    Oxunub:2074
Türkiyə ordusunun Suriyanın şimalında keçirdiyi “Barış pınarı” əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əməliyyat başlayandan indiyədək 637 PKK / PYD-YPG terrorçusu zərərsizləşdirilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” əməliyyatına başlayıb.

Azvision.az



Teqlər: Türkiyə   Suriya   Barış-Pınarı  





Xəbər lenti