“Rusiyada işləyənlər də DSMF-yə vəsait ödəməlidir” - Hadı Rəcəbli
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Bakıda MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının Bakıda keçirilən XXXII iclasında deyib.
Komitə sədri qeyd edib ki, Rusiya və digər ölkələrdə işləyən azərbaycanlıların toplanan əmək fəaliyyəti staj kimi qəbul olunmur.
"Dövlətlərarası konvensiya olsa da, deyəsən, Rusiya tərəfindən ratifikasiya olunmayıb. İnsanların orada uzun müddət işləməsi və əmək haqqı alması sonda onun pensiyasına təsir etmir. Düşünürəm ki, dövlətlərarası konvensiyanı nəzərə alaraq, bu məsələdə qarşılıqlı addımlar atmalıyıq. Rusiyada çoxlu sayda azərbaycanl işləyir və onlar Azərbaycanın Dövlət Sosial Müdafiə Fonduna vəsaitlər ödəməlidirlər. Bu məsələr üzərində iş aparmaq mümkündür".
Aytən Zəhra
Azvision.az
Teqlər: Hadı-Rəcəbli