İsmayıllıya 2 milyon ayrıldı

İsmayıllıya 2 milyon ayrıldı
  10 Dekabr 2013    Oxunub:1245
İsmayıllı rayonunda avtomobil yolunun tikintisi üçün 2 milyon manat ayrılıb.
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonunun İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 4 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməlidir.


Teqlər:





Xəbər lenti