“Azərbaycan inkişaf edir, iqtisadiyyatı böyüyür” - Fransa səfiri

  “Azərbaycan inkişaf edir, iqtisadiyyatı böyüyür”  -    Fransa səfiri
  07 Oktyabr 2019    Oxunub:2219
“Fransa ilə Azərbaycanı qədim dostluq əlaqələri bağlayır. Bu əlaqələr təhsil, siyasi və iqtisadi sahələrdə möhkəmlənir. Azərbaycan inkişaf edir, iqtisadiyyatı böyüyür. Azərbaycanlıların Avropaya və Frankofoniyaya marağı danılmazdır, bunu Azərbaycandakı Fransız İnstitutunun uğuru da təsdiqləyir”
Azvision.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Zakari Qros deyib. Onun sözlərinə görə, xaricdə yaşayan fransızların sayı daha çoxdur:

“Bakı qonaqpərvər şəhərdir, burada dinamik şəxsi heyətinin sayı getdikcə artan yeni bir Fransız liseyi var. Fransanın Bakıdakı səfirliyinin kollektivi Fransa ilə maraqlanan azərbaycanlıların gözləntilərinə cavab vermək, eyni zamanda fransız icmasına xidmət etmək və əlbəttə ki, ölkəmizin çiçəklənməsində iştirak etmək əzmindədir”.

Azvision.az



Teqlər: Fransa   Səfir  





Xəbər lenti