Azərbaycan Aİ-yə ixracatı şaxələndirəcək

Azərbaycan Aİ-yə ixracatı şaxələndirəcək
  10 Dekabr 2013    Oxunub:1125
Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələrinə ixracatı şaxələndirmək niyyətindədir. AzVision.az Trend-ə istinadən xəbər verir ki, bunu bazar ertəsi Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclasının yekunlarına həsr edilmiş mətbuat konfransında deyib: "Biz bu sənəd çərçivəsində ticarət məsələləri və Aİ və Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı üzrə assosiasiya haqqında sazişin bir hissəsini müzakirə etdik".

Onun sözlərinə görə, Aİ-Azərbaycan münasibətləri bu sahədə uğurla inkişaf edir: "Aİ ölkəmizin ən iri ticarət tərəfdaşlarından biridir. Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizindən çoxu Aİ ölkələrinin payına düşür. Əlbəttə ki, Avropa ilə əmtəə dövriyyəsinin böyük hissəsini neft və neft məhsulları təşkil edir və biz ümid edirik ki, gələcəkdə həmin məhsullara qaz da əlavə olunacaq. Eyni zamanda, Azərbaycan Aİ ilə əmtəə dövriyyəsində milli iqtisadiyyatın qeyri-neft sektorunun payının artırılması istiqamətində ixracatı inkişaf etdirmək və şaxələndirmək niyyətindədir".


Teqlər:  





Xəbər lenti