Komitə rəhbərliyi vətəndaşları qəbul edib

  27 Sentyabr 2019    Oxunub : 769
Komitə rəhbərliyi vətəndaşları qəbul edib
Dövlət Gömrük Komitəsinin rəhbərliyi Biləsuvar, İmişli, Neftçala və Cəlilabad rayonlarının sakinlərini, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünləri qəbul edib.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, həmin gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Biləsuvar şəhərində Biləsuvarİmişli rayonlarından olan vətəndaşları qəbul edib.

Dövlət Gömrük Komitəsinin sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Biləsuvar şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qəbulda vətəndaşların yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Müraciətlər əsasən idxal-ixrac əməliyyatları zamanı rəsmiləşdirmə və digər gömrük məsələləri ilə bağlı olub.
Həmin gün Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Neftçala, Komitə sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Cəlilabad şəhərində vətəndaşları qəbul edib.

Qəbullar zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Azvision.az

Teqlər: Gömrük   Sədr   Qəbul