Azərbaycanda əhalinin gəlirləri artdı

  09 Dekabr 2013    Oxunub : 469
Azərbaycanda əhalinin gəlirləri artdı
Bu yanvar-oktyabr aylarında əhalinin gəlirləri 2012-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artaraq 29,1 milyard manata çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkə üzə adambaşına düşən həcmi orta hesabla 313, 01 manat təşkil edib.

Rəsmi statistikaya görə, əhalinin hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 4,2 faiz bəndi üstələyərək 6,4 faiz olub.

Bu müddətdə gəlirlərin 68 faizi son istehlaka, 9 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 21,3 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

AzVision.az


Teqlər: