“Neft obyektlərinə edilən hücum xəbərdarlıq idi” - Ruhani

“Neft obyektlərinə edilən hücum xəbərdarlıq idi” -  Ruhani
  18 Sentyabr 2019    Oxunub:2182
"Səudiyyə Ərəbistanındakı neft obyektlərinə edilən hücum Yəmən xalqının bu ölkədə müharibə elan edənlər üçün bir xəbərdarlığı idi"

Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani bildirib.
"Yəmənlilər xəstəxanaya və məktəbə toxunmadılar, düşmənlərini xəbərdar etmək üçün sənaye sahəsini vurdular. Düşmən qüvvələri Yəməndəki vəziyyətdən dərs çıxarmalı və bölgədəki hərbi əməliyyatları dayandırmalıdır",- deyə Ruhani qeyd edib.

Onun sözlərinə görə, müharibəni yəmənlilər yox, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və digər ölkələr başlayıblar: "İrana qarşı yalançı ittihmlar irəli sürmək əvəzinə ayaqda durmağı bacaran xalqların gücünü nəzərə almalıyıq".

Qeyd edək ki, sentyabrın 14-nə keçən gecə Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"ya məxsus iki fabrikə 10 pilotsuz uçuş aparatı hücum edib. Hücuma görə məsuliyyəti "Ənsar Allah" hərəkatından olan husi qiyamçıları öz üzərinə götürüb.

ABŞ dövlət katibi Mayk Pompeo hücumlarda Tehranı ittiham edib. İran XİN-i isə bu açıqlamanı əsassız adlandırıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ruhani  





Xəbər lenti