Taner Yıldız: Ölkələrimiz enerji əməkdaşlığını gücləndirməlidir

Taner Yıldız: Ölkələrimiz enerji əməkdaşlığını gücləndirməlidir
  07 Dekabr 2013    Oxunub:1148
Azərbaycan və Türkiyə enerji sahəsində əməkdaşlığı gücləndirməlidirlər. Avropada təbii resurslara tələbatın artması şəraitində bu tərəfdaşlıq daha mühüm əhəmiyyət kəsb edir.

AzVision.az xəbər verir ki, bu sözləri Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız İstanbulda keçirilən III Xəzər Forumundakı çıxışında deyib.

Nazir bildiribdir ki, Trans-Anadolu (TANAP) və Trans-Adriatik boru kəməri (TAP) layihələrinin həyata keçirilməsi ilə təbii qazın Xəzər hövzəsindən Avropaya çatdırılması üzrə çox önəmli dairə formalaşır. Hazırda Avropada təbii qaza olan tələbat ildə 500-520 milyard kubmetr qaz təşkil edir, 2030-cu ildə isə bu rəqəmin 700 milyard kubmetrədək artması gözlənilir. Bu da öz növbəsində Türkmənistan, İran və İraqın töhfə verə biləcəyi “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətini artırır.

T.Yıldız qeyd etmişdir ki, yaxın illərdə Türkiyədə qaza tələbat 50-52 milyard kubmetrədək artacaqdır. Hazırda Türkiyə əhalisinin 83 faizi qazdan istifadə edir, 2015-ci ilədək bütün ölkə ərazisi qazlaşdırılacaq.


Teqlər:  





Xəbər lenti