Həmyerlisini bıçaqla hədələyib pulunu aldı

Həmyerlisini bıçaqla hədələyib pulunu aldı
  03 Sentyabr 2019    Oxunub:1264
Şəmkirdə quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini İ.Həmidovu bıçaqla hədələyib quldurluq yolu ilə 100 manatını almaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunan S.Məmmədov saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti