DMX-nın İT məktəbində növbəti təlimlər keçirilib - FOTOLAR

  02 Sentyabr 2019    Oxunub : 1082
DMX-nın İT məktəbində növbəti təlimlər keçirilib - FOTOLAR
İT məktəbində şəbəkə inzibatçılığına həsr olunmuş seminar davam edir. Təlimçi Kamil Şirəliyev bu dəfə “Cisco Routing & Switching” mövzusunu izah edib.
Dövlət Miqrasiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, təlimlərdə ali təhsil müəssisələrinin informasiya və kommunikasiya texnologiyaları, kompyuter elmləri, oxşar ixtisaslar üzrə ali təhsilli, həmçinin müvafiq iş təcrübəsi olan gənclər iştirak edirlər.



Proqram çərçivəsində İT helpdesk, şəbəkə, sistem inzibatçılığı və proqram təminatının inkişafı sahəsində peşəkar və praktiki biliklər tədris olunur. İT məktəbinin üzvlərinə həmçinin Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanları yaradılır.





Azvision.az

Teqlər: DMX