Keçmiş arvadını döydü: 12 evdən oğurluq edibmiş - (FOTOLAR)
43-cü Polis Bölməsinə gətirilən M.Bayramovun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun başqa cinayətlər törətdiyi də məlum olub. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs paytaxtın Nizami rayonunda Xəyal Qubadov adlı şəxsə məxsus “Niva” markalı avtomobilin qabaq qapısını açaraq nəqliyyat vasitəsinin salonundan 372 manat pul, avtomaşına aid sənədlər və 1 ədəd mobil telefonu da oğurlayıb.
M.Bayramovun həmin avtomobilin salonunda oğurluq etməsi də təhlükəsizlik kameraları vasitəsilə görüntülənib. M.Bayramov həmçinin Binəqədi qəsəbəsi və Sabunçu rayonu Ramana qəsəbəsində müxtəlif vətəndaşlara məxsus 12 fərdi yaşayış evinə oğurluq niyyəti ilə daxil olaraq məişət əşyaları oğurladığı da sübuta yetirilib.
Onun yaşadığı evə baxış zamanı oğurladığı əşyaların bir qismi polislər tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb. Qeyd edilən faktlarla bağlı toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Azvision.az