Milli Qəhrəmanın bacısı oğlu rəis təyin edildi
Azvision.az -ın əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsinə polis polkovnik-leytenantı Samir Həsənov təyinat alıb.
Xatırladaq ki, bundan əvvəl Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin rəisi olmuş polis polkovniki Ədalət Sadıqov may ayında vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb.
İlkin Nəcəfzadə
Azvision.az