“Neftçi” son anda məğlubiyyətdən xilas oldu - Yenilənib

“Neftçi” son anda məğlubiyyətdən xilas oldu -  Yenilənib
  09 Avqust 2019    Oxunub:5192
Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Azvision.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Neftçi” bu gün növbəti oyununa çıxıb. Roberto Bordinin komandası doğma meydanda İsrailin “Bney Yehuda” klubu ilə üz-üzə gəlib.
Qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edib.

Matçda hesabı qonaqlar açıblar. Oyunun 26-cı dəqiqəsində Tambi fərqlənib. 36-cı dəqiqədə "Bney Yehuda" ikinci topu "Neftçi"nin qapısından keçirib. Stiven Monroz 43-cü dəqiqədə hesab arasındakı fərqi azalda bilib. Görüşün ilk hissəsi 1:2 hesabı ilə yekunlaşıb.

İkinci hissədə "Neftçi" ardıcıl hücumlar təşkil etsə də, məğlubiyyətdən yalnız son anda xilas ola bilib. Belə ki, matçın artıma dəqiqələrində (90+6) Namiq Abdullayev qonaqları məyus edərək hesabı bərabərləşdirib. Beləliklə, komandalar meydandan sülhlə (2:2) ayrılıblar.

Xatırladaq ki, “Neftçi” birinci təsnifat mərhələsində Moldovanın “Speranta” komandasını, ikinci təsnifat mərhələsində isə Rusiyanın “Arsenal” klubunu yarışdan kənarlaşdırıb.

Azvision.az


Teqlər: Neftçi  





Xəbər lenti