“Trabzonspor” da Mahiri istəyir

“Trabzonspor” da Mahiri istəyir
  08 Avqust 2019    Oxunub:2285
Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli Türkiyənin “Trabzonspor” klubunda çıxış edə bilər.
Azvision.az xəbər verir ki, belə bir iddia ilə “Haberts.com” saytı çıxış edib. Bildirilir ki, “bordo mavililər” 22 yaşlı hücumçunun xidmətində maraqlıdır, onun üçün Ağdam klubuna təklif göndərilib.

Sayt iddia edir ki, Mahirlə Türkiyənin digər Superliqa təmsilçisi "Gənclərbirliyi", İspaniya Sequndasında çıxış edən “Estremadura”, "Malaqa", "Almeriya", “Deportivo” da maraqlanır.

Qeyd edək ki, 22 yaşlı hücumçu meydana çıxdığı 142 oyunda 37 qol vurub, 12 qolun ötürməsini verib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Trabzonspor   Qarabağ   Mahir   Futbol  





Xəbər lenti