“Futbolçularım yaxşı vuruşdular” - Qurban Qurbanovun qələbə şərhi

 “Futbolçularım yaxşı vuruşdular” -    Qurban Qurbanovun qələbə şərhi
  07 Avqust 2019    Oxunub:2044
"Qələbə qazanmağımıza baxmayaraq, bizim üçün çox çətin oyun oldu. Futbolçularımı təbrik edirəm, meydanda yaxşı vuruşdular"
Azvision.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Kiprdə APOEL-i məğlub etdikləri (2:1) matçdan sonra keçirdiyi mətbuat konfransında deyib.

"Rəqibin gücü hamıya məlumdur və bilirdik ki, ilk dəqiqələrdən təzyiq yaradacaqlar. APOEL özünəməxsus oyun üslubu olan bir komandadır. Qələbəyə baxmayaraq, biz arxaynlaşmayacağıq. Yaxşı başa düşürük ki, bugünkü oyundan daha ağırı bizi Bakıda gözləyir. Bu qarşılaşmanı analiz edib, cavab matçında daha hazırlıqlı olmalıyıq", - deyə Q.Qurbanov bildirib.

Azvision.az



Teqlər: Qurban-Qurbanov   Qarabağ  





Xəbər lenti