“Qarabağ” səfərdə APOEL-i məğlub etdi - Yenilənib

“Qarabağ” səfərdə APOEL-i məğlub etdi -  Yenilənib
  07 Avqust 2019    Oxunub:7666
Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə start verilib.

Azvision.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” növbəti oyununu keçirib. Ağdam təmsilçisi Kiprdə APOEL-lə qarşılaşıb.
Görüşün ilk hissəsində qapılara qol vurulmayıb. Komandalar bir neçə epizodda qol şansından yararlana bilməyiblər.

Matçın 53-cü dəqiqəsində Mahir Emreli dəqiq zərbə ilə “Qarabağ”ı hesabda önə çıxarıb. Ağdam təmsilçisi 70-ci dəqiqədə ikinci qolunu vurub. Bu dəfə yeni transfer olunmuş Maqaye Qeye fərqlənib.

Görüşün artırma dəqiqələrində (95-ci dəqiqə) APOEL hesab arasındakı fərqi azaldıb. Bununla da, qarşılaşma “Qarabağ”ın 1:2 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasındakı cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qeyd edək ki, Qurban Qurbanovun komandası Kipr klubunu mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti