Azərbaycan güləşçisi dünya çempionu oldu

 Azərbaycan güləşçisi dünya çempionu oldu
  04 Avqust 2019    Oxunub:8280
Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə yeniyetmələr arasında dünya çempionatı keçirilir.
Azvision.az xəbər verir ki, beşinci yarış günündə üç yunan-Roma güləşçimiz mübarizə aparıb.

Mübarizəyə 1/8 finaldan qoşulan Nihat Məmmədli debütdə ilk hissədə ukraynalı rəqibinə qalib gəlib. Avropa çempionu daha sonra Türkiyə pəhləvanından güclü olub. Belarus güləşçisini də vaxtından əvvəl üstələyək Nihat yarımfinala vəsiqə qazanıb.

Məmmədlinin qarşısında Özbəkistan güləşçisi də duruş gətirməyib və həmyerlimiz finala adlayıb. Həlledici qarşılaşmada Hindistan təmsilçisinə tam üstünlüklə qalib gələn Nihat dünya çempionu olub.

Azvision.az


Teqlər: Güləş   Dünya-Çempionu  





Xəbər lenti