Salyanda ev yanıb

  02 Avqust 2019    Oxunub : 822
Salyanda ev yanıb
Salyan rayonunun Qarabağlı kəndində ümumi sahəsi 126 m² olan 2 otaq və aynabənddən ibarət evin mətbəxinin, aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 76 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: Salyan   Yanğın