Berlində keçirilən Avropa Kubokunda Azərbaycan finalı
Ümumilikdə Berlin yarışında 39 ölkədən 470 cüdoqi ustası iştirak edir. Avropa kubokunun ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rövşən Əliyev və Əhməd Yusifov bütün rəqiblərinə qalib gələrək finala çıxıblar. Həlledici qarşılaşmada qələbə qazanan Əhməd Yusifov "Berlin-2019"un qalibi olub. Rövşən Əliyev isə gümüş medala layiq görülüb.
Azvision.az
Teqlər: Cüdo Avropa-Kuboku Final