Paracüdoçularımız bir gündə 5 medal qazandılar

Paracüdoçularımız bir gündə 5 medal qazandılar
  27 İyul 2019    Oxunub:1534
Azərbaycanın cüdo idman növü üzrə Paralimpiya milli komandası İtaliyanın Genuya şəhərində keçirilən Avropa çempionatının ilk günündə beş medal qazanıb.
Azvision.az xəbər verir ki, qadınların yarışında Sevda Vəliyeva (57 kq) ikinci, Səbinə Abdullayeva (52 kq) isə üçüncü olublar.

Kişilərin mübarizəsində Bayram Mustafayev (66 kq) gümüş, Namiq Abbaslı (66 kq) və Ramil Qasımov (73 kq) bürünc medal qazanıblar.

Beləliklə, yarışın ilk 2 gümüş və 3 bürünc mükafat qazanan Azərbaycan millisi medal sayına görə, birinci yerdə qərarlaşıb.

Azvision.az



Teqlər:





Xəbər lenti