“Neftçi” “Arsenal”ı məğlub etdi - VİDEO (Yenilənib)

“Neftçi” “Arsenal”ı məğlub etdi -   VİDEO (Yenilənib)
  26 İyul 2019    Oxunub:7221
Avropa Liqasının 2-ci təsnifat mərhələsinin oyunları davam edir.

Azvision.az xəbər verir ki, təmsilçimiz “Neftçi” bu gün ilk matçına çıxıb. Roberto Bordinin komandası səfərdə Rusiyanın “Arsenal” klubu ilə qarşılaşıb.
Matçda hesabı Bakı təmsilçisi açıb. Dario Federikonun zərbəsi dəqiq olub.

Görüşün ilk hissəsi “Neftçi”nin üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra komandalar qarşılıqlı hücumlar təşkil etsələr də, oyunda əlavə qol vurulmayıb. Görüş “Neftçi”nin səfərdə “Arsenal” üzərində 0:1 hesablı qələbəsilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda olacaq.



Azvision.az


Teqlər: Neftçi   Arsenal  





Xəbər lenti