İstanbulda Xəzər forumu keçiriləcək

İstanbulda Xəzər forumu keçiriləcək
  02 Dekabr 2013    Oxunub:1349
Türkiyənin İstanbul şəhərində növbəti Xəzər forumu keçiriləcək. AzVision.az-ın məlumatına görə, 4-5 dekabr tarixində keçiriləcək forumda Xəzərsahili ölkələr və eləcə də bütün dunyanın enerji, iqtisadi, nəqliyyat və infrastruktur sahələrinə aid mövzular müzakirə olunacaq.

Foruma Azərbaycanın Dövlət Neft Şirkətinin preziedenti Rövnəq Abdullayev, nəqliyyat naziri Ziya Məmmmədov, Türkiyənin nəqliyyat, kommunikasiya və dənizçilik naziri Binali Yıldırım, enerji və təbii qaynaqlar naziri Taner Yıldız, gömrük və ticarət naziri Hayati Yazıcı, daxili işlər naziri Müəmmər Gülər, Gürcüstanın enerji naziri, iqtisadi naziri və eləcə də digər ölkələrin təmsilçiləri iştirak edəcək.

35-ə yaxın ölkənin liderlərinin iştirakı ilə keçiriləcək forumda 10-dan çox ölkənin nazir və nazir müavinləri təmsil olunacaq. Forumda TANAP və TAP layihələri müzakirə olunacaq.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti