Bu həftə Avropada rekord istilər olacaq

Bu həftə Avropada rekord istilər olacaq
  23 İyul 2019    Oxunub:1408
Bu həftə bir sıra Avropa ölkələrində, xüsusilə Almaniya, Belçika, Hollandiya, Fransa və İsveçrədə rekord istilər gözlənilir.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya təşkilatı məlumat yayıb. Bildirilir ki, bu ölkələrdə havanın temperaturu 40 dərəcədən yüksək olacaq. İspaniya və Portuqaliyaya yüksək temperatur və mümkün meşə yanğınları ilə əlaqədar xəbərdarlıq edilib.

Qeyd olunub ki, temperaturun yüksəlməsinə səbəb Priney yarmadasından daxil olan isti hava kütlələridir.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Avropa   İsti  





Xəbər lenti