Ukrayna parlamenti tərəfləri danışığa çağırır
AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, Ukrayna parlamentinin spikeri Vladimir Rıbak Kiyevdə bazar ertəsi iğtişaşların baş verməsindən sonra hakimiyyəti və müxalifəti danışıqlar masası arxasına çağırıb.
"İqtidar da, müxalifət də gərək elə artıq sabahdan danışıqlar masası arxasına əyləşməlidirlər", - parlamentin rəhbəri "İnter" telekanalının efirində bildirib.
O, qeyd edib ki, danışıqlar prosesinin qarantı kimi çıxış etməyə hazırdır.