Azərbaycanda futbol klubu fəaliyyətini dayandırdı

   Azərbaycanda futbol klubu fəaliyyətini dayandırdı
  23 İyul 2019    Oxunub:2277
Ötən mövsüm Azərbaycan I divizionunda çıxış edən "Şüvəlan" klubu fəaliyyətini dayandırıb.
Azvision.az qol.az-a istinadən xəbər verir ki, klubun bu gün keçirilən iclasında belə qərar qəbul edilib. Qərara əsasən, paytaxt təmsilçisi bundan sonra fəaliyyət göstərməyəcək. Komandanın bütün futbolçularına azad agent statusu verilib.

Qeyd edək ki, "Şüvəlan" 2017-ci ilədək AZAL adını daşıyırdı. Qəsəbə təmsilçisi ötən mövsüm I divizionu 7-ci pillədə tamamlamışdı.

Azvision.az



Teqlər:





Xəbər lenti