Beş güləşçimiz EYOF-un finalında

   Beş güləşçimiz EYOF-un finalında
  22 İyul 2019    Oxunub:2026
Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışları davam edir.
Azvision.az -ın məlumatına görə, Azərbaycanın 5 güləşçisi finala vəsiqə qazanıb.

Sərbəst güləşdə 60 kq çəkidə çıxış edən Sabir Cəfərov həlledici görüşdə Fyodor Baltuevlə (Rusiya) qarşılaşacaq. Yunan-Roma güləşində 48 kq çəkidə yarışan Qurbanov Qurban Xviça Abuladze (Gürcüstan), 60 kq çəkidə Həsrət Cəfərov Maqomed Qiqiyevlə (Rusiya) üz-üzə gələcək.

Qızların mübarizəsində 46 kq çəkidə çıxış edən Gültəkin Şirinova Georgiana-Lavinia Antuka (Rumıniya) ilə, 61 kq çəkidə yer alan Mərziyə Sadıqova isə Aurora Russo (İtaliya) ilə qarşılaşacaq.

Final görüşləri saat 16:00-da başlayacaq.

Qeyd edək ki, ilk yarış günüdə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə gümüş medal qazanıb. Yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl¸ Nihat Məmmədli (55 kq) bürünc medal əldə edib.

Azvision.az


Teqlər: Güləş   EYOF  





Xəbər lenti