“Bakı-2019”: Olimpiya Festivalının açılışından FOTOLAR

      “Bakı-2019”:    Olimpiya Festivalının açılışından    FOTOLAR
  22 İyul 2019    Oxunub:3508
Paytaxt Bakı XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edir. Bu münasibətlə “Baku Crystal Hall”da festivalın təntənəli açılış mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, eləcə də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak ediblər.



Qeyd edək ki, iyulun 21-27-də baş tutacaq XV Avropa Gənclər Olimpiya Festivalı 12 idman obyektində keçirilir. Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edir. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayırlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür. Festivalda Azərbaycanı 122 idmançı təmsil edir.



Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayırlar.

















Foto: Şahin Sərdarov
Azvision.az


Teqlər:





Xəbər lenti