Azərbaycan təmsilçiləri Avroliqaya təyinat alıblar

Azərbaycan təmsilçiləri Avroliqaya təyinat alıblar
  21 İyul 2019    Oxunub:1647
Azərbaycan təmsilçiləri futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına təyinat alıblar.
Azvision.az xəbər verir ki, AFFA-nın iki rəsmisi bu qarşılaşmalarda iş başında olacaq. Bunlar Asim Xudiyev və Sərxan Hacıyevdir.

Sonuncu Macarıstanda yerli “Fehervar”la Lixtenşteyn təmsilçisi “Vaduts”un görüşünə təyinat alıb. O, oyunun UEFA nümayəndəsi vəzifəsini icra edəcək.

A.Xudiyev iyulun 25-də baş tutacaq “Lokomotiv” (Plovdiv, Bolqarıstan) – “Spartak” (Trnava, Slovakiya) görüşündə hakim-inspektor olacaq.

Azvision.az



Teqlər: AFFA   Avroliqa  





Xəbər lenti