Güləşçilərimiz “Bakı-2019”a qələbə ilə başladılar - Yenilənib

Güləşçilərimiz “Bakı-2019”a qələbə ilə başladılar -  Yenilənib
  21 İyul 2019    Oxunub:2654
İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında Avropa Gənclər Olimpiya Festivalı (EYOF) çərçivəsində keçirilən güləş yarışlarında pəhləvanlarımızın uğurlu çıxışı davam edir.
Mübarizəyə başlayan hər dörd güləşçimiz ilk qarşılaşmalarında rəqiblərini məğlub ediblər. Sərbəst güləş üzrə təmsilçilərimiz Murad Haqverdiyev (45 kq) rusiyalı güləşçi Eldar Asakayevə, Əbülfəz Nəsirov (55 kq) Harvey Ridinqsə (Böyük Britaniya), yunan-Roma güləşi üzrə Fərid Sadıxlı Andrea Martinoya (İtaliya), Nihat Məmmədli isə Olivye Şkripçaka (Polşa) böyük hesabla qalib gəliblər.

Qeyd edək ki, yarışların ilk günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 və 55 kiloqram çəki dərəcələrində qarşılaşmalar keçirilir. Güləş yarışları 3 gün davam edəcək.

***
İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında Avropa Gənclər Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışlarında pəhləvanlarımız mübarizəyə qələbə ilə başlayıblar.

A qrupunda rusiyalı güləşçi Eldar Asakayevlə gücünü sınayan təmsilçimiz Murad Haqverdiyev (45 kq) ilk turda qələbə qazanıb.

Qeyd edək ki, yarışların ilk günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 və 55 kiloqram çəki dərəcələrində qarşılaşmalar keçirilir. Sərbəst güləş üzrə A qrupunda birinci turda Murad Haqverdiyevlə yanaşı, digər güləşçimiz Əbülfəz Nəsirov (55 kq) səkkizdəbir finalda Harvey Ridinqsla (Böyük Britaniya) mübarizə aparır.

Yunan-Roma güləşi üzrə təsnifat mərhələsində təmsilçimiz Fərid Sadıxlı Andrea Martino (İtaliya), səkkizdəbir finalda Nihat Məmmədli Olivye Şkripçakla (Polşa) güləşəcək.

Azvision.az



Teqlər: Güləş  





Xəbər lenti