UEFA "Fənərbaxça"nı cəzalandırdı
"Fənərbaxça"nın UEFA-dan əldə edəcəyi gəlirin 2 milyon avrosunun kəsiləcəyi bildirilib. Əgər klub yaranmış borclarını bu il oktyabrın 15-ə kimi ödəyərsə, cərimə 1 milyon avroya düşəcək.
İstanbul təmsilçisi, həmçinin transfer balansını qorumayacağı təqdirdə, 2020/2021 və 2021/2022 mövsümlərində yeni transferlərini avrokuboklar üçün heyətə daxil edə bilməyəcək.
Bunlarla yanaşı "Fənərbaxça" 2020/2021 və 2021/2022 mövsümlərində UEFA-ya 23-dən çox futbolçu sifariş edə bilməyəcək.
Azvision.az
Teqlər: UEFA Fənərbaxça Futbol Sanksiya