10 min müxalifətçi Kiyevə yola düşüb

10 min müxalifətçi Kiyevə yola düşüb
  01 Dekabr 2013    Oxunub:1146
10 min Lvov sakini Kiyevə, aksiyaya dəstək olmağa yollanıb.
Ukraynanın Lvov şəhərinin 10 minədək sakini “Batkivşina”, “UDAR” və “Azadlıq” müxalifət partiyaları tərəfindən təşkil olunmuş “xalq yığıncağı”nda iştirak etmək üçün paytaxt Kiyevə yollanıb.

AzVision.az `İtar-Tass`a istinadən xəbər verir ki, “UDAR” partiyasının mətbuat xidmətinin məlumatına əsasən, “insanların bir qismi artıq avtobuslarla və şəxsi nəqliyyat vasitələri ilə yola düşüb”. Avtomobil karvanını “UDAR” partiyasından olan bir neçə deputatlar başçılıq edir.

Qeyd edək ki, noyabrın 30-da “UDAR” partiyasının lideri Vitali Kliçko Lvov meydanında çıxışı zamanı şəhər sakinlərini Kiyevdə bu gün keçiriləcək “xalq yığıncağı”nda iştirak etməyə çağırıb.


Teqlər:





Xəbər lenti