İraqda terror aktı: 12 ölü, 25 yaralı

İraqda terror aktı: 12 ölü, 25 yaralı
  01 Dekabr 2013    Oxunub:1026
İraqda qəbiristanda terror aktı: 12 ölü, 25 yaralı.
İraqda terror aktı nəticəsində ən azı 12 nəfər ölüb, 25 nəfər xəsarət alıb. AzVision.az xəbər verir ki, bu barədə "Frans Press" agentliyi yerli icra hakimiyyətinə istinadən xəbər verir.

Terror aktı paytaxt Bağdaddan 80 km şimalda yerləşən əl-Mukdadiyyə şəhərində baş verib.

Naməlum şəxs qəbiristanda dəfn mərasimi zamanı izdiham arasında özünü partladıb.


Teqlər:





Xəbər lenti