İdmançılarımızdan dünya çempionatında uğurlu çıxış

İdmançılarımızdan dünya çempionatında uğurlu çıxış
  18 İyul 2019    Oxunub:1721
Moskvada keçirilən Braziliya ciu-citsusu üzrə açıq dünya çempionatında Azərbaycan idmançıları uğurla çıxış ediblər.
Azvision.az Azərbaycan Ciu-citsu Federasiyasına istinadən xəbər verir ki, 2 minədək idmançının qatıldığı çempionatda təmsilçilərimizdən Fəxrəddin Hüseynov və Vüsal Eynullayev bütün rəqiblərini üstələyərək birinci olublar.

Ayaz Süleymanov, Mehman Fətəliyev, Çingiz Mehdiyev, Aslan Qədimli və Həsən Səfərəliyev isə gümüş medallarla kifayətləniblər.

Qeyd edək ki, yığma komandamız çempionatda 20 idmançı ilə təmsil olunub.

Azvision.az



Teqlər: Dünya-Çempionatı  





Xəbər lenti