"Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrılacaq

   "Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrılacaq
  16 İyul 2019    Oxunub:2008
"Qarabağ" sabah, saat 21:00-da Çempionlar Liqasının I təsnifat mərhələsində "Dalğa Arena"da Albaniyanın "Partizani" klubu ilə qarşılaşacaq.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, azarkeşlərin stadiona rahat gedib-qayıtmasını təmin etmək üçün klubun Bakı Nəqliyyat Agentliyinə müraciətini qarşı tərəf müsbət cavablandırıb və azarkeşlər üçün xüsusi avtobuslar ayrılıb.

Belə ki, sabah 18:30-19:45 arası "Koroğlu" metrostansiyasından "Dalğa Arena"ya avtobuslar hərəkət edəcək. "Qarabağ" loqolu avtobuslara yalnız oyun biletini ilə giriş olacaq. Oyundan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan "Koroğlu" metrostansiyasına geri qaytaracaq.

Azvision.az


Teqlər: Qarabağ   Futbol   ÇL  





Xəbər lenti