“Qarabağ” Donald Gerye ilə vidalaşıb

“Qarabağ” Donald Gerye ilə vidalaşıb
  16 İyul 2019    Oxunub:1738
“Qarabağ” futbolçusu Donald Gerye ilə yollarını ayırıb.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, haitili cinah oyunçusu razılaşdırılmış vaxtda Ağdam təmsilçisinin düşərgəsinə qayıtmayıb.

O, təlim-məşq toplanışı ilə yanaşı Çempionlar Liqasının I təsnifat mərhələsində “Partizani” ilə ilk matçda iştirak etməyib. Bu səbəbdən də legioner futbolçu müqavilənin müddətinin uzadılmamasına qərar verilib.

Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti