Güləşçilərimiz Türkiyədə 3-cü yeri tutub

Güləşçilərimiz Türkiyədə 3-cü yeri tutub
  15 İyul 2019    Oxunub:1694
Türkiyənin İstanbul şəhərində keçirilən sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turnirinə dünən yekun vurulub.
Azərbaycan Güləş Federasiyasından Azvision.az -a verilən məlumata görə, 47-cisi təşkil olunan ənənəvi yarışda ölkəmizi yalnız sərbəst güləş üzrə yığmamız təmsil edib. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında 10 güləşçi reytinq xarakterli turnirdə qüvvəsini sınayıb. İki qızıl, iki bürünc medala sahib olan millimiz 100 xal toplayaraq, komanda hesabında 3-cü yeri tutub. Çempionlar - Murtuzəli Müslimovla (70 kq) Aleksandr Qostiyev (86 kq) yığmamıza 25 xal qazandırıbsa, bürünc medala sahib çıxan Georgi Edişeraşvili (57 kq) və Şamil Zubairov (92 kq) hərəyə 15 xalı hesabımıza yazıb. Əli Rəhimzadə (65 kq) ilə Abubakr Abakarovdan (79 kq) isə hərəyə 10 xal komandamıza gəlib.

Qeyd edək ki, təşkilatçı ölkə 165 xalla sərbəst güləş yarışında 1-ci yeri tutubsa, Türkiyədən 10 xal geri qalan ABŞ 2-ci olub.

Azvision.az



Teqlər: Güləş   Türkiyə  





Xəbər lenti