Suriyanın ermənilər yaşayan şəhərində partlayış olub

  12 İyul 2019    Oxunub : 905
Suriyanın ermənilər yaşayan şəhərində partlayış olub
Suriyanın ermənilər yaşayan El-Qamışlı şəhərində minalanmış avtomobil partlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Suriya mətbuatı məlumat yayıb.

Müqəddəs Ana kilsəsi qarşısında dayanan avtomobil bir neçə saniyə sonra partlayıb. Hadisə nəticəsində 11 nəfər yaralanıb, ətraf ərazilər zərər görüb.

Partlayışın baş verdiyi ərazidə erməni yeparxiyasının igamətgahı və erməni ruhani məktəbi yerləşir. Bu binalar da zədə alıb.

Şahanə Rəhimli

Azvision.az

Teqlər: partlayış   Suriya