"Sumqayıt" heyətinə yeni futbolçular cəlb edib

"Sumqayıt" heyətinə yeni futbolçular cəlb edib
  12 İyul 2019    Oxunub:1859
2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" heyətinə yeni futbolçular cəlb edib.
Azvision.az klubun rəsmi saytına istinadən xəbər verir ki? "gənclik şəhəri" təmsilçisi akademiyasının yetirmələri və əvəzedici komandanın üzvləri olan Rüfət və Səbuhi Abdullazadə ilə 3 illik müqavilə imzalayıb. Rüfət "Sumqayıt"da 20, Səbuhi isə 28 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, U-19 millimizin üzvü olan gənc yarımmüdafiəçilər 2017/18 mövsümündə Premyer Liqada debüt ediblər. Rüfət qeyd olunmuş mövsümün 11-ci turunda "Keşlə" ilə qarşılaşmada (3:1) ilk Premyer Liqa oyununu keçiribsə, Səbuhi bu uğura 14-cü turda "Kəpəz"lə oyunda (3:0) nail olub. Onlar 2017/18 mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçular olublar.

Azvision.az


Teqlər: Futbol   Sumqay;t   Transfer  





Xəbər lenti