“Sumqayıt” 2 futbolçu ilə üç illik müqavilə imzalayıb

“Sumqayıt” 2 futbolçu ilə üç illik müqavilə imzalayıb
  11 İyul 2019    Oxunub:1678
2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətinə yeni futbolçular cəlb edib.
Azvision.az klubub saytına istinadən xəbər verir ki, yerli akademiyanın yetirmələri və əvəzedici komandanın üzvləri olan Rüfət və Səbuhi Abdullazadə ilə 3 illik müqavilə imzalanıb. Rüfət “Sumqayıt”da 20, Səbuhi isə 28 nömrəli formada çıxış edəcək.

Azərbaycanın U-19 millisinin üzvü olan gənc yarımmüdafiəçilər 2017/18 mövsümündə Premyer Liqada debüt ediblər. Rüfət həmin mövsümün XI turunda “Keşlə” ilə qarşılaşmada (3:1) ilk Premyer Liqa oyununu keçiribsə, Səbuhi bu uğura XIV turda “Kəpəz”lə oyunda (3:0) nail olub.

Qeyd edək ki, Rüfət və Səbuhi 2017/18 mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçular olublar.

Azvision.az


Teqlər: Sumqayıt   Klub  





Xəbər lenti