Azərbaycan avarçəkənləri 12 medal qazandı

Azərbaycan avarçəkənləri 12 medal qazandı
  08 İyul 2019    Oxunub:1943
Azərbaycanın kayak və kanoeçiləri İtaliyanın Auronso di Kadoro şəhərindəki “ICF Sprint Canoe Kayak International Event” reqatasında 12 medal qazanıblar.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, U-16, yeniyetmələr və gənclər arasında baş tutan yarışa 15 ölkənin 600-dən çox idmançısı qatılıb. Azərbaycanı 200 metr, 500 metr və 1000 m məsafələrə yürüşlərdə 5 idmançı təmsil edib.

Gənclərin fərdi yarışında Malxaz Çinçaraşvili kanoe növündə 500 və 1000 metr məsafələrə yürüşdə 1-ci yeri tutub. 200 metrdə isə o, bürünc medal qazanıb. Daha bir bürünc medalı Vadim Hüseynov 1000 metr məsafəyə yürüşdə əldə edib.



Çinçaraşvili - Hüseynov dueti 500 və 1000 metr məsafəyə 2 nəfərlik qayıqla yürüşdə bütün rəqiblərini qabaqlayıblar. 200 metrdə isə onlar 3-cü yeri tutublar.

Yeniyetmələrdən Cumber Çxutiaşvili 200 metr məsafəyə yarışda qalib olub. Tofiq Bayramov isə 16 yaşa qədər idmançıların mübarizəsində 2 medal götürüb: 500 metrdə 1-ci, 200 metrdə 2-ci yer. Gülnarə Həmzəyeva da Çxutiaşvili ilə eyni nəticəyə imza atıb.

Qeyd edək ki, 2006-cı il təvəllüdlü Həmzəyeva yarışın ən gənc iştirakçısı olub. O, 2003 və 2004-cü il təvəllüdlü rəqiblərinə qalib gəlib.



Azvision.az


Teqlər: İtaliya   Kayak   Kanoe  





Xəbər lenti