"Mançester Siti"dən 70 milyonluq transfer

"Mançester Siti"dən 70 milyonluq transfer
  03 İyul 2019    Oxunub:1704
İspaniyanın "Atletiko" klubunun futbolçusu Rodri Hernandes karyerasını İngiltərədə davam etdirəcək.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, "Mançester Siti" klubu 23 yaşlı yarımmüdafiəçini 70 milyon avroya transfer edib.

Qeyd edək ki, Rodri ötən mövsüm La Liqada 34 oyunda forma geyinib, 3 qol vurub, 1 qolun ötürməsini verib.

Azvision.az



Teqlər: Transfer   Futbol  





Xəbər lenti