“Səbail”dən yeni transfer

“Səbail”dən yeni transfer
  26 İyun 2019    Oxunub:1618
“Səbail” klubu növbəti futbolçu transferini gerçəkləşdirib.
Azvision.az -ın məlumatına görə, paytaxt təmsilçisi braziliyalı Eriko Konstantino da Silvanı heyətinə qatıb.

Cənubi amerikalı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb. 29 yaşlı legionerin son klubu Rumıniya təmsilçisi “Astra” olub.

Qeyd edək ki, müdafiəçi karyerası ərzində Braziliyada “Botofoqo”, “Rio Branko”, “Quaratinqueta”, Rumıniyada “Panduri”, “Universitatya” (Kluj) klublarında da çıxış edib.

Azvision.az


Teqlər: Səbail   Transfer  





Xəbər lenti