Ramil Usubovun sədrliyi ilə buraxılış işləri müdafiə edilib
R.Usubov Hüquq fakültəsinin professor-müəllim heyətini salamlayıb və yetişdirdikləri yüksəkixtisaslı kadrlara görə təşəkkür edib. Bildirib ki, Yekun Dövlət Attestasiya Komissiyasının sədri olduğu bu illər ərzində onlarla əlaçı tələbə daxili işlər orqanlarında müvafiq işlərlə təmin edilib.
Müdafiədə Cinayət hüququ, Cinayət prosesi, İnsan hüquqları, Dövlət və hüquq nəzəriyyəsi və tarixi, Mülki hüquq, Mülki proses və kommersiya hüququ, Beynəlxalq hüquq, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedraları üzrə yerinə yetirilmiş işlər təqdim olunub. Ümumilikdə, 30 nəfər bakalavr müdafiə edib, onlardan 26 nəfər “əla”, 4 nəfər isə “çox yaxşı” qiymətlərinə layiq görülüblər.
R.Usubov müdafiəyə buraxılan işlər haqqında müsbət fikirlərini söyləyib, bakalavrların hazırlığından məmnunluq ifadə edib.
Azvision.az
Teqlər: RamilUsubov BDU