Erməniyə qalib gələn idmançımız finalda - Yenilənib

 Erməniyə qalib gələn idmançımız finalda -  Yenilənib
  23 İyun 2019    Oxunub:3257
Minskdə ikinci Avropa Oyunlarının cüdo yarışları davam edir.
Azvision.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Rüstəm Orucov 1/4 finalda Ermənistan təmsilçisi Ferdinand Karapetyanla üz-üzə gəlib. İdmançınız erməni rəqibini məğlub edərək yarımfinala yüksəlib.

R.Orucov yarımfinalda da rəqibindən üstün olub. O, yunanıstanlı Georgios Azoidisə qalib gəlməklə adını finala yazdırıb.

Azvision.az



Teqlər: Rüstəm-Orucov   Cüdo   Avropa-Oyunları  





Xəbər lenti