ÇL-nin püşkü atıldı: “Qarabağ”ın rəqibi məlumdur

 ÇL-nin püşkü atıldı:  “Qarabağ”ın rəqibi məlumdur
  18 İyun 2019    Oxunub:4086
UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.
Azvision.az xəbər verir ki, püşkatma İsveçrənin Nyon şəhərində keçirilib.

Ölkəmizi turnirdə təmsil edəcək “Qarabağ” klubunun rəqibi məlum olub. Belə ki, birinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi Albaniyanın "Partizani" klubu olacaq. İlk oyun səfərdə nəzərdə tutulub.

Qeyd edək ki, ÇL-nin 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10, cavab oyunları isə 16-17 iyul tarixlərində keçiriləcək.

Azvision.az



Teqlər: Qarabağ   Klub   ÇL  





Xəbər lenti