Federasiya prezidentinə IESF-də etimad göstərildi

Federasiya prezidentinə IESF-də etimad göstərildi
  14 İyun 2019    Oxunub:1768
Azərbaycanlı Ramil Əliyev Beynəlxalq Kiber İdman Federasiyasının İdarə Heyətinə üzv seçilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, kiber idmanda geniş təcrübəyə malik Ramil Əliyev, 2013-cü ildən bu günə kimi Azərbaycan Kiber İdman Federasiyasının prezidentidir.

Qeyd edək ki, Azərbaycan Kiber İdman Federasiyası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birlikdə 2014-cü ildə Bakı şəhərində 6-cı Dünya Kiber İdman Çempionatını uğurla həyata keçirib.

İESF-in prezidenti Kolin Vebster Ramil Əliyevin İdarə Heyətinə üzv seçilməsi ilə bağlı bildirib: "Ramil Əliyevin, onun təcrübəsi və təfərrüatlara ətraflı diqqəti ilə, İESF-in İdarə heyəti üçün çox faydalı olacağı şübhəsizdir. Mən, bütün digər İdarə heyətinin üzvləri kimi, Ramil ilə iş birliyimizi səbirsizliklə gözləyirəm".

Xatırladaq ki, Beynəlxalq Kiber İdman Federasiyasının (IESF) mümkün qədər səmərəli işləməsi üçün İdarə Heyətinin bütün vakansiyalarının doldurulması vacibdir. R.Əliyevin İdarə Heyətində üzvlüyü bu ilin dekabr ayına planlaşdırılan növbəti seçkilərə qədər etibarlıdır.

Azvision.az



Teqlər: GİN   Kiber-idman  





Xəbər lenti