Metropolitendən Tağı Əhmədovla bağlı AÇIQLAMA

Metropolitendən Tağı Əhmədovla bağlı AÇIQLAMA
  27 Noyabr 2013    Oxunub:933
Tağı Əhmədov jurnalistlərdən niyə qaçır?

ANS telekanalının “Xəbərçi” buraxılışında Bakı metropoliteninin rəisi Tağı Əhmədovla bağlı efirə gedən süjet ciddi müzakirələrə yol açdı. Telekanal tərəfindən T.Əhmədovun “mətbuat”ın düşməni adlandırılması bütün diqqətləri Metropoliten rəisinə yönəldib.

Jurnalistlər Metropoliten rəisi “çıraqla” axtarsalarda o nə telefonlara cavab verir, nə də gözə görünmür.

Bir neçə cəhdimizdən sonra T.Əhmədovun iş telefonuna, nəhayət cavab verən tapıldı. Köməkçisi əməkdaşımızda söhbətində T.Əhmədovun mətbuata cavab vermək istəmədiyini bildirib. Buna səbəb kimi T.Əhmədovun ardı kəsilməyən telefon zənglərindən cana gəldiyi göstərilir.

“Neçə gündür, ANS-in efirində gedən süjetlə bağlı metropoliten idarəsinə müxtəlif yöndən zənglər gəlir. Lakin, Tağı Əhmədov bu sualların heç birini cavablandırmaq istəmir”.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti