Buffon Kasilyasın yerinə keçir

Buffon Kasilyasın yerinə keçir
  13 İyun 2019    Oxunub:2137
“Yuventus” və “Pari Sen-Jermen” (“PSJ”) klublarının keçmiş qapıçısı Canluici Buffon “Portu”ya keçə bilər.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, 41 yaşlı futbolçu yeni komandada ispaniyalı qolkiper İker Kasilyası əvəz etməyə hazırdır. Səhhətində problem yaranan Kasilyasın karyerasını başa vuracağı bildirilir.

Qeyd edək ki, Buffon iyunun 5-də “PSJ” ilə müqavilənin müddətini uzatmaqdan imtina edərək klubdan ayrılıb. İtaliyalı qapıçı Paris komandasının heyətində müxtəlif turnirlərdə 25 oyun keçirib və Fransa çempionu olub.

Azvision.az



Teqlər: Buffon  





Xəbər lenti