Portuqaliya Millətlər Liqasının ilk qalibi olub

  09 İyun 2019    Oxunub : 630
 Portuqaliya Millətlər Liqasının ilk qalibi olub
UEFA Millətlər Liqasının ilk qalibi müəyyənləşib. 
Azvision.az xəbər verir ki, "dördlər finalı"nın həlledici matçında A divizionunun qrup qalibləri - Portuqaliya və Hollandiya milliləri qarşılaşıb.

Final matçı portuqaliyalıların minimal hesablı qələbəsi ilə başa çatıb.

Bununla da Portuqaliya millisi Millətlər Liqasının ilk qalibi kimi tarixə düşüb.

Azvision.az

Teqlər: Millətlər-Liqası   Portuqaliya